Ana Sayfa > Xəbər > Şeyxin keçmiş işçisinin həbs müddəti uzadılıb

Şeyxin keçmiş işçisinin həbs müddəti uzadılıb


16-04-2015, 11:47. Yazar: admin
Şeyxin keçmiş işçisinin həbs müddəti uzadılıb
Səbail Rayon Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi təqdimata baxılıb.

Bu barədə APA-ya məlumat verən vəkil Əfqan Məmmədov bildirib ki, məhkəmənin qərarı ilə E. Mustafayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, E. Mustafayev ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.

Geri dön