Ana Sayfa > Xəbər > “Avropa Parlamentinin bəyanatı Azərbaycan və Türkiyəyə təzyiqin tərkib hissəsidir”
“Avropa Parlamentinin bəyanatı Azərbaycan və Türkiyəyə təzyiqin tərkib hissəsidir”16-04-2015, 11:41. Yazar: admin |
“Son zamanlar qondarma erməni soyqırımı ilə bağlı verilən bəyanatlar, edilən çağırışlar başa düşüləndir. Bir neçə gün öncə Roma Papası I Fransiskin uydurma erməni soyqırımı ilə bağlı verdiyi bəyanat və bundan sonra Avropa Parlamentinin qəbul etdiyi qətnamənin isə heç bir hüquqi əsası yoxdur”. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. O, Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən bildirib ki, bu, yaxşı bir məsələ deyil. Vahid Əhmədovun sözlərinə görə, Avropa Parlamentinin məlum qətnaməsi birbaşa saxta soyqırımı tanımaq anlamına gəlir: “Yenə deyirəm, bunun heç bir hüquqi əsası yoxdur. Amma bu, ikili standartdır. Bu qətnamə Azərbaycan və Türkiyəyə qarşı edilən təzyiqlərin tərkib hissəsidir. Qətnamənin 4-cü bəndi Azərbaycanın milli maraqları və milli təhlükəsizliyi ilə də bağlıdır. Qətnamənin 4-cü bəndində deyilir ki, Türkiyə heç bir ilkin şərt irəli sürmədən Ermənistanla sərhədləri açmalıdır”. Milli Məclis üzvü deyib ki, Avropa Parlamentinin qətnaməsi Türkiyə-Avropa İttifaqı, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirməməlidir. Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsi ilə bağlı sənədi qəbul edib. Parlament müzakirələrini Xarici İşlər Komitəsinin sədri Elmar Brok açıb və deyib ki, guya 1915-ci ildə 1 milyondan çox erməni həyatını itirib. O, hadisələri ermənilərin “soyqırımı” kimi xarakterizə edib. Geri dön |