Ana Sayfa > Xəbər > Əhalinin banklardakı əmanətləri artdı
Əhalinin banklardakı əmanətləri artdı16-04-2015, 10:44. Yazar: admin |
Əhalinin banklardakı əmanətlərinin həcmi açıqlanıb. ANS PRESS-in Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, martın 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi məzənnə korreksiyası nəzərə alınmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz artaraq 7 milyard 932 milyon manata çatıb. Bu vəsaitin 62,3 faizini (4 milyard 944 milyon manat) xarici valyutada, 36,3 faizini isə (2 milyard 987 milyon manat) milli valyuta ilə qoyulmuş əmanətlər təşkil edib. Əmanətlərin 74,6 faizi özəl banklarda yerləşdirilib. 2015-ci ilin mart ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 1,05, 100 Rus rubluna 1,73 manat, 1 Avroya 1,14 manat təşkil edib. Geri dön |