Ana Sayfa > Xəbər > AMEA-da yeni kadr təyinatları olub

AMEA-da yeni kadr təyinatları olub


16-04-2015, 10:39. Yazar: admin
AMEA-da yeni kadr təyinatları olub
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun nəzdində Biofizika və Smart materiallar Mərkəzinin rəhbəri təyin edilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA Rəyasət Heyətinin növbəti iclasında fizika üzrə elmlər doktoru Oqtay Qasımovun Biofizika və Smart materiallar Mərkəzinin rəhbəri təyin edilməsi haqqında qərar qəbul edilib.

Bundan əlavə, Aygün Arifli AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin Qanunvericilik təminatı şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Digər bir qərarla Rzaqulu Hacıyev AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Geri dön