Ana Sayfa > Xəbər > BAXCP sədri ABŞ səfirinin müşaviri ilə görüşüb

BAXCP sədri ABŞ səfirinin müşaviri ilə görüşüb


15-04-2015, 15:51. Yazar: admin
BAXCP sədri ABŞ səfirinin müşaviri ilə görüşüb
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Syuzan Çesli ilə görüşüb.

Partiyadan Vertikal.az-a verilən məlumata görə, görüşdə BAXCP-nin ölkədə, regionda və dünyada baş verən proseslərlə bağlı mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaranmış vəziyyət, ABŞ-Azərbaycan münasibətləri, qarşıdan gələn parlament seçkiləri və digər məsələlər ətrafında müzakirə aparılıb.

Geri dön