Ana Sayfa > Xəbər > Manaf Ağayev söyüş söyən sənətçilərdən danışdı
Manaf Ağayev söyüş söyən sənətçilərdən danışdı15-04-2015, 14:54. Yazar: admin |
“Efirdə, kütlənin, ictimaiyyətin gözü qarşısında söyüş söymək, qeyri-etik hərəkətlər etmək tərbiyəsizlikdir və bunun başqa adı yoxdur”. Bu sözləri Editor.az-a açıqlamasında tanınmış müğənni Manaf Ağayev bəzi sənət adamlarının efirdə söyüş söyməsinə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, ictimaiyyətin gözü qarşısında söyüş söymək acizlikdir: “Konkret olaraq Aşıq Ədalətlə bağlı sual verirsinizsə, o ağsaqqal adamdır. Onu hardasa nəzərə almaq lazımdır. Amma başqaları bu cür rəftar edirsə, bu tərbiyəsizlikdir. Cavan müğənnilər səsləri olmadığına görə, söyüşə, təhqirə üstünlük verirlər. Necə deyərlər, “Bir quzu bütün fermanın adını batırır”. Məndə əsəbləşirəm, amma özümü cilovlayıram. Ölkəni tanıdan idmançılar və müğənnilər olur. Belə də sənət tanıdarlar?! Mən buna çox pis baxıram”. Geri dön |