Ana Sayfa > Xəbər > “Cinayətkarı həbs etmək üçün atanın xahişi lazımdır?” - DEPUTAT

“Cinayətkarı həbs etmək üçün atanın xahişi lazımdır?” - DEPUTAT


15-04-2015, 12:58. Yazar: admin
“Cinayətkarı həbs etmək üçün atanın xahişi lazımdır?” - DEPUTAT
“Bir general öz xahişi ilə övladını həbs etdirirsə, bu Azərbaycan hüquq sisteminə mənfi bir çalar gətirir”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa general-mayor Şərif Əsədullayevin qanunsuz əməl törədən oğlu Tamerlan Əsədullayevi həbs etdirməsinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, generalın övladını öz xahişi ilə tutdurması ifadəsi doğru deyil.

“Burada xahişdən söhbət getməməlidir. Əgər oğul qeyri-qanuni bir əməl törədibsə tutulmalıdır. Burada kiminsə bəyəm xahişini gözləmək lazımdır? Övladı kimə görəsə həbs etmirlər. Hamı qanun qarşısında bərabərdir. Bu informasiyanın kütləvi informasiya vasitələrində generalın öz oğlunu tutdurması formasında verilməsi doğru deyil”.

Daha sonra millət vəkili daxili işlər nazir Ramil Usubovun fəaliyyətindən danışıb:

“Ramil Usubov hüquqa ən çox hörmət edən insanlardan biridir. O, həmisə çərçivəni dəqiq gözləyən vəzifəli şəxlərdən biridir. Bunu onun fəaliyyətində də müşahidə edirik”.

Millət vəkili qanunsuz əməl törədən məmur övladlarından da söhbət açıb:

“Oğula görə atanın işdən çıxarılması yalnış bir addımdır. Əgər oğul hansısa bir qeyri-qanuni əməli törədibsə və bu ata tərəfindən stimullaşdırılmayıbsa burada onun günahı yoxdur. Əgər oğul xuliqan və norkamandırsa, atada da bunun qarsışını ala bilmirsə, o zaman hüquq mühafizə oraqanları fəaliyyətə keçməlidirlər. Biz hüquqi dövlət qurmaq istəyiriksə qeyri-qanuni əməl törədən hər kəs həbs olunmalıdır. Həmin generalın övladını xahişlə həbs etdirməsi ifadəsinin işlədilməsi bizim hüquq mühafizə oarqanlarının fəaliyyətinə kölgə salır”.

Qeyd edək ki, bir neçə gün öncə Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb.

Hadisədə təqsirli bilinən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev həbs edilib.

Geri dön