Ana Sayfa > Xəbər > Xoşqədəmin gəlişi ANS-i bir-birinə vurdu
Xoşqədəmin gəlişi ANS-i bir-birinə vurdu15-04-2015, 11:25. Yazar: admin |
Teleaparıcı Xoşqədəm Hidayətqızının ANS-ə gəlişi telekanal daxilində ziddiyyətlərə səbəb olub. Telekanaldakı mənbədən Ölkə.Az-a bildirilib ki, onun ATV-dən qalmaqallı şəkildə ayrılıb ANS-ə keçməsi vitse-prezident Seyfulla Mustafayevlə qardaşı Vahid Mustafayevi üz-üzə qoyub. V.Mustafayev isə böyük qardaşının bu iradına qarşı çıxıb, Xoşqədəm Hidayətqızını dəstəkləyib: "Artıq rəhbərlikdə də bir fikir ayırlığı yaranıb. Hətta Seyfulla Mustafayev onu rəhbərlik etdiyi departamentə qəbul etməkdən imtina edib. İndi Xoşqədəm Hidayətqızı rəsmi olaraq heç bir departamentə qəbul edilmədiyindən, ortalıqda qalıb". Qeyd edək ki, Xoşqədəm Hidayətqızı bu gün sosial şəbəkədəki aylaşımında Vahid Mustafayev və Mirşahin Ağayevlə görüşməsi barədə yazıb. Geri dön |