Ana Sayfa > Xəbər > Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb
Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb21-10-2016, 08:43. Yazar: admin |
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,41 dollar və yaxud 2,62% azalıb. "Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,41 dollara bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Geri dön |