Ana Sayfa > Xəbər > Qorbaçov Rusiya və ABŞ arasında vasitəçilik edir

Qorbaçov Rusiya və ABŞ arasında vasitəçilik edir


20-10-2016, 08:26. Yazar: admin
Qorbaçov Rusiya və ABŞ arasında vasitəçilik edir
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov və ABŞ-ın eks-prezidenti Corc Buş Rusiya ilə ABŞ münasibətlərinin normallaşdırılmasında birgə fəaliyyət göstərmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu razılıq Mixail Qorbaçov, Corc Buş və keçmiş dövlət katibi Ceyms Beyker arasında baş tutan telefon danışığından sonra əldə olunub. Qorbaçov telefon danışığı zamanı ABŞ siyasətçilərini hər iki ölkə arasında münasibətlərin düzəldilməsinə yardım etməyə çağırıb:

“Bizim soyuq müharibənin, sürətli silahlanmanın dayandırılması ilə bağlı təcrübəmiz var. Bundan öncəki illər ərzində SSRİ və ABŞ Avropa və Yaxın Şərqdə çətin sınaqlardan şərəflə çıxıblar. Rusiya və ABŞ arasında daimi dialoq olmalıdır. Ən çətin məqamlarda belə kompromis tapmaq olar. Tərəflərdən heç kim qələbə qazandığını elan etməməlidir. Əgər hazırkı dalandan çıxsaq, bu, ümumi qələbə olacaq”.

Geri dön