Ana Sayfa > Xəbər > Ət bahalaşdı, yumurta ucuzlaşdı - Azərbaycanda
Ət bahalaşdı, yumurta ucuzlaşdı - Azərbaycanda14-04-2015, 17:42. Yazar: admin |
Mart ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz, o cümlədən birillik və çoxillik bitkilərin qiymətləri müvafiq olaraq 1,3 və 2,8 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,7 faiz ucuzlaşıb. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,8 faiz bahalaşıb. Birillik bitkilərdən buğdanın, arpa dəninin, yerfındığının, xiyarın, pomidorun istehsalçı qiyməti bahalaşmış, baş soğanın, baş kələmin, quru otun, süfrə çuğundurun, kartofun, noxud dəninin istehsalçı qiyməti isə ucuzlaşıb. Çoxillik bitkilərdən almanın istehsalçı qiyməti ucuzlaşıb, şabalıdın, fındığın, qozun, narın, gül şitilinin istehsalçı qiyməti isə bahalaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, mal və qoyun ətinin (diri çəkidə), təbii balın istehsalçı qiyməti bahalaşıb, diri qoyun və keçilərin, yumurtanın, diri ev quşlarının, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti isə ucuzlaşıb. Geri dön |