Ana Sayfa > Xəbər > Rihanna atasına milyonluq hədiyyə etdi

Rihanna atasına milyonluq hədiyyə etdi


16-06-2016, 15:32. Yazar: admin
Rihanna atasına milyonluq hədiyyə etdi
Məşhur müğənni Rihanna atasına böyük sürpriz edib. ANS PRESS-in məlumatına görə, 2012-ci ildə valideynlərinə 5 otaqlı villa hədiyyə edən müğənni bu dəfə atası Ronald Fentiyə 1.8 milyon dollarlıq malikanə bağışlayıb.

Qızının bu jestindən duyğulanan Fenti "qızım çox kübar və geniş qəlbli biridir. Mənə Karib adalarında bir çox ev göstərdi. Lakin mən həyət evlərindən birini seçdim. Çox xoşbəxtəm", - deyə sevincini dilə gətirib.

Rihannanın 10 il əvvəl avtomobil qəzasına düşən atasının indiyə qədər bütün xərclərini ödədiyi və ona daim qayğı göstərdiyi bildirilir. Həyət evində yaşamağın psixoloji baxımdan ona yaxşı təsir edəcəyini söyləyən Fenti qızını həyatındakı ən böyük şansı adlandıraraq onu çox sevdiyini bildirib.

Rihanna 2005-ci ildə ilk dəfə "Pon de Replay" adlı albomunu buraxıb. Albom"Billboard Hot 100-də" 2-ci sıraya qədər yüksəlib və böyük uğurlar əldə edib. 2006-cı ildə isə "A Girl Like Me" adını verdiyi ikinci albomunu çıxarıb. Bu albom sayəsində bir çox mükafat alıb və albomdakı "SOS" mahnısı "Billboard Hot 100"də 1 nömrəyə qədər yüksəlib.

Geri dön