Ana Sayfa > Xəbər > Xoşqədəm Hidayətqızı Mehriban Əliyevaya müraciət etdi
Xoşqədəm Hidayətqızı Mehriban Əliyevaya müraciət etdi14-04-2015, 17:06. Yazar: admin |
“Səni axtarıram” layihəsinin rəhbəri, bu günlərdə ATV-dən ayrılan Xoşqədəm Hidayətqızı ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya müraciət hazırlayıb. AzNews.az-a daxil olan məlumata görə, müraciətdə ATV-də haqlarının pozulması, ona qarşı ədalətsizliklərin edilməsi, eləcə də qara PR-a məruz qalması öz əksini tapıb. Ölkənin birinci xanımından ATV rəhbərliyinin özbaşınalığına qarşı ölçü götürülməsi xahiş edilib. Məlumata görə, Xoşqədəm Hidayətqızı Mehriban Əliyevadan kömək istəmək qərarına ATV rəhbəri Vüqar Qaradağlının onunla bağlı sərt göstəriş verməsini eşitdikdən sonra gəlib. Belə ki, teleaparıcı kanala gedərək, “Səni axtarıram”ın arxivini götürmək istəyəndə rəhbərliyin buna icazə vermədiyini, verilişlə bağlı hər-hansı bir materialların kanaldan çıxarılmasının mümkün olmadığını bildiriblər. Bundan sonra tərəflər arasında narazılıq yaranıb. Müraciətin mətninin bir neçə saat ərzində yayılacağı gözlənilir. Qeyd edək ki, “Azad Azərbaycan” telekanalı ilə yollarını ayıraraq ANS-ə keçən tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirib. Geri dön |