Ana Sayfa > Xəbər > ABŞ İrəvan-Ankara-Bakı arasında sülh proqramının icrasını dayandırdı
ABŞ İrəvan-Ankara-Bakı arasında sülh proqramının icrasını dayandırdı14-04-2015, 15:41. Yazar: admin |
Ermənistanda ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə Ofis tərəfindən həyata keçirilən mədəni proqramlarda, həmçinin Ermənistan və Türkiyə, Ermənistan və Azərbaycan arasında sülh prosesinə yönəldilmiş proqramlarda müəyyən ixtisarlar baş verəcək. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın İrəvandakı səfiri Riçard Millz bu gün keçirdiyi mətbuat konfransında bildirib. Səfir deyib ki, proqram əsas prioritet istiqamətləri üzrə davam edəcək. Bu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) proqramlarına aiddir: "USAID Ermənistanda iqtisadi islahatlara, idarəetmənin yaxşılaşmasına, demokratik vəziyyətə yönəldilmiş çox əhəmiyyətli proqramları həyata keçirir və qapılarını bağlamır. ABŞ səfirliyi bu prioritet istiqamətlər ətrafında erməni tərəfdaşları ilə birlikdə işləməyə sadiq qalır." Diplomat söyləyib ki, indi bir sıra yeni qlobal çağırışlar-ebolo xəstəliyi ilə əlaqədar problemlər, səhiyyədə beynəlxalq böhran, Ukrayna xalqına kömək etmək ehtiyacı, İŞİD-lə mübarizə - meydana çıxıb. Prezident Barak Obamanın başçılığı ilə bu problemlərin həlli üçün ABŞ tərəfindən ayrılan maliyyələşmə təkrar gözdən keçirilib. Biz USAID proqramları çərçivəsində bundan sonra da yeni çağırışlara reaksiya verəcəyik. Geri dön |