Ana Sayfa > Xəbər > Lökbatan gölündə batan gəncin ölümündə cinayət şübhəsi

Lökbatan gölündə batan gəncin ölümündə cinayət şübhəsi


18-04-2016, 09:37. Yazar: admin
Lökbatan gölündə batan gəncin ölümündə cinayət şübhəsi
Ötən gün axşam saatlarında Qaradağ rayonu Lökbatan dairəsi yaxınlığında yerləşən göldə bədbəxt hadisə baş verib. ANS PRESS-in məlumatına görə, dostları ilə birgə balıq ovlamaq istəyən Kənan Muradov çirkab suyunun yığıldığı gölməçədə batıb.



Kənan Muradov özündən əlavə 3 dostu ilə birgə taxtadan düzəldilmiş qayığa minib. Sonra dostlar torpaq qatından ibarət təpəcikdən kiçik qayıq vasitəsilə göl sularına daxil olublar. Daha sonra qayıq çevrilib və Kənan suda batıb. Hadisə vaxtı bir birilərini xilas edən dostlar Kənanı görməyincə təşvişə düşüblər.

Bu işdə Kənanın dostlarını günhalandıran ailəsi isə ehtimal edir ki Kənanı qəsdən öldürüblər. Bu səbəbdən də digər 3 nəfər Qaradağ rayon polis idarəsinin 10 cu polis bölməsinə aparılıb və onların izahatı alınıb. Verilən məlumata görə dostlar göldən balıq tutmaq istəyərkən anlaqsız vəziyyətdə olublar. Dostlardan biri polis əməkdaşları ilə birgə əraziyə aparılıb və qayığın batdığı yer göstərilib.

Ancaq həmin ərazidə yalnız qayıq tapılıb və quruya çıxarılıb. Ərazidə axtarış işlərini FHN-nin Dövlət Sulardan Xilas etmə və Xüsusi Riskli Xilas etmə xidmətinin əməkdaşları aparır. Gecədən başlanılan axtarış işlərinə hava şəraiti mane olsa da verilən məlumata görə hazırda proses maneəsiz aparılır. İndiyə kimi isə Kənanın yalnız ayaqqabsı və istifadə etdikləri qayıq tapılıb.

Geri dön