Ana Sayfa > Xəbər > “28 Mall”da bomba olması barədə yalan məlumat verən tutuldu
“28 Mall”da bomba olması barədə yalan məlumat verən tutuldu6-04-2016, 12:38. Yazar: admin |
“28 Mall” ticarət mərkəzinə bomba qoyması barədə yalan məlumat verən şəxs tutulub. Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verən Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutulub. Faktla əlaqədar cinayət işi başlanıb. Geri dön |