Ana Sayfa > Xəbər > Azərbaycan gömrükçüləri 70 ədəd telefonu qaçaqmalçılıq yolu ölkəyə gətirilməsinin qarşısını alıb
Azərbaycan gömrükçüləri 70 ədəd telefonu qaçaqmalçılıq yolu ölkəyə gətirilməsinin qarşısını alıb6-04-2016, 10:30. Yazar: admin |
|
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 70 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Moskva-Bakı sərnişin qatarının 3 saylı vaqonunda Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının əl çantalarına Xaçmaz Gömrük İdarəsinin Yalama gömrük postunda gömrük baxışı keçirilib. Baxış zamanı 3 ədəd əl çantasının alt hissəsindəki xüsusi düzəldilmiş saxlanc yerindən 70 ədəd “Samsung Galaxy Ace 4 Neo” markalı mobil telefonlar aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. Geri dön |