Ana Sayfa > Xəbər > Ankarada terror həyəcanı
Ankarada terror həyəcanı30-03-2016, 17:03. Yazar: admin |
İctimai nəqliyyatda aparılan yoxlama artıq bitib. Polisin apardığı yoxlama zamanı heç bir partlayıcı maddə tapılmayıb. Yol artıq hərəkətə açılıb. Saat 16:39 Türkiyənin paytaxtı Ankarada növbəti terror həyəcanı yaşanıb. ANS PRESS-in "CNN türk"ə istinadla verdiyi məlumata görə, bomba ola biləcəyi ehtimalına görə ictimai nəqliyyat - avtobus saxlanılıb. Maraqlıdır ki, hadisə ötən ay terror hadisəsinin baş verdiyi Kızıl Ay meydanı yaxınlığında yaşanıb. Atatürk Bulvarının Akay yoxuşunda bomba ola biləcəyi şübhəsi ilə təhlükəsizlik xidməti əməkdaşları avtobus saxlayıblar. Sürücü və sərnişinlər evakuasiya ediləcək. Bomba zərərsizləşdirmə əməkdaşları hadisə yerində işə başlayıblar. Adıçəkilən istiqamət paytaxtın ən önəmli nəqliyyat qovşaqlarından biridir. Ankarada sonuncu dəfə terror aktı mart ayının 13-də baş verib. Qızılay meydanında avtobus dayanacağında törədilən terror aktı nəticəsində 37 nəfər ölüb. Daha bir terror hadisəsi isə fevralın 18-də baş verib. Hərbçilərin maşının partladılması nticəsində ölü sayı 27 olub. Geri dön |