Ana Sayfa > Xəbər > Aygün Kazımova Rolandın adını sildi - açıqlama

Aygün Kazımova Rolandın adını sildi - açıqlama


30-03-2016, 16:53. Yazar: admin
Aygün Kazımova Rolandın adını sildi - açıqlama
Xalq artisti Aygün Kazımova bir müddət əvvəl prodüser Roland Bayramovla işbirliyinə başlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni İnstaqram səhifəsində Rolandın adını prodüseri kimi qeyd edərək, onun əlaqə nömrəsini yazmışdı. Bir neçə gün əvvəl isə A.Kazımova prodüserə məxsus olan nömərni və onun adını sosial şəbəkədən silib.

Əməkdaşımızla söhbətində R.Bayramov məsləyə aydınlıq gətirib:

“İşbirliyimiz davam edir. Nömrəmi İnstaqramdan silməsini özüm istədim. Çünki gecə-gündüz yersiz zənglər gəlir. Çoxu zəng vurub deyir ki, “Aygün xanımdır?”. Mən ailəli adamam, yaxşı çıxmır. Kimə lazımdırsa, Aygün xanımı tapa bilər”.

Geri dön