Ana Sayfa > Xəbər > Zorlamaya görə axtarışda olan həmyerlimiz tutuldu

Zorlamaya görə axtarışda olan həmyerlimiz tutuldu


30-03-2016, 16:18. Yazar: admin
Zorlamaya görə axtarışda olan həmyerlimiz tutuldu
Bakı-Kazan aviareysində sərhəd yoxlaması zamanı zorlamada şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb. ANS PRESS-in rbc.ru saytına istinadən verdiyi məlumata görə, aparılan araşdırmalar nəticəsində həmin şəxsin 31 yaşlı Azərbaycan vətəndaşı olduğu müəyyənləşib.

Məlum olub ki, saxlanılan şəxs 2015-ci ilin oktyabrından Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) üzrə bu ölkənin federal axtarışında olub.

İki gün əvvəl də Rusiyada iki həmyerlimiz oxşar əmələ görə saxlanılıb. Hadisə Rusiyanın Ulan-Ude şəhərində qeydə alınıb.

Verilən məlumata görə, saxlanılan kişilərdən biri həmin qızla bir müddət əvvəl internetdə tanış olub. Şəhərdə taksi sürücüsü işləyən həmin şəxs və başqa bir azərbaycanlı internetdə tanış olduğu qızı Ulan-Udenin ətrafındakı bir kəndə gətirərək onu orada zorlayıblar. Daha sonra isə heç bir hadisə baş verməmiş kimi şəhərə qayıdıblar.

Ertəsi gün oxşar fakt yenidən təkrarlanıb. Gecə klublarından çıxan digər bir qızı mənzil başına aparmaq üçün avtomobilə əyləşdirib, onu da bir kəndə apararaq zorlayıblar.

Azərbaycan vətəndaşlarının bu əməlləri sosial şəbəkədə geniş səs-küyə səbəb olub.

Geri dön