Ana Sayfa > Xəbər > Millət vəkili Bakı Şəhər İcra Hakimiyyətini qınadı...
Millət vəkili Bakı Şəhər İcra Hakimiyyətini qınadı...30-03-2016, 15:18. Yazar: admin |
Millət vəkili Vahid Əhmədov Moderator.az-a açıqlamasında iki gündür ölkənin baş şəhərinin cənginə alan yağış sularının yaranmasına görə Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyini qınayıb: "Hər bir şəhərin özünün rəhbəri var və həmin rəhbərlik də şəhərdə olan bütün neqativ hallara görə məsuliyyət daşıyır. İki gündür ölkə mediasında Bakıdakı yağışdan sonra bir çox yerlərdə yaranan mənzərə haqlı olaraq müzakirə mövzusuna çevrilib. Bakıda yaranan bu cür xoşagəlməz hallara görə şəhər icra hakimiyyəti birbaşa məsuliyyət daşıyır. Vaxtında şəhərin iqlimi və yaz-payız aylarındakı yağıntıların çoxluq təşkil etməsi nəzərə alınaraq qabaqlayıcı tədbirlər görülməlidir ki, belə acınacaqlı vəziyyət yaranmasın. Özü də Bakı şəhərinin istər su -kanalizasiya sisteminin yenidən qurulması, istərsə də yağış sularının kənarlaşdırılması üçün müvafiq tədbirlərin görülməsinə kifayət qədər vəsait ayrılıb. Cənab prezidentin tapşırığı ilə dövlət büdcəsindən bu istiqamətdə milyonlarla vəsait ayrılıb, amma bu tədbirlər vaxtlı-vaxtında həyata keçirilsəydi, yəni tikintilər aparılmazadan, yollara asfalt örtüyü vurulmazdan öncə su - kanalizasiya sisteminin bərpası həyata keçirilsəydi belə vəziyyət yaranmazdı. Bir daha deyirəm ki, buna görə məsuiliyyət birbaşa şəhər rəhbərliiynin üzərindədir". Qeyd edək ki, millət vəkili saytımıza geniş və maraqlı müsahibə verib. Onunla əməkdaşımızın söhbətini sabah oxuculara təqdim edəcəyik. Geri dön |