Ana Sayfa > Xəbər > "Məndən şantajla pul almaq istəyirlər"

"Məndən şantajla pul almaq istəyirlər"


30-03-2016, 12:10. Yazar: admin
"Məndən şantajla pul almaq istəyirlər"
Vəkil Ceyhun Yusifov mətbuata açıqlamasında bildirmişdi ki, müğənni Samir Piriyevin aldadılması ilə bağlı yeni faktlar təqdim ediləcək: “Bu gün Samir Piriyevlə müqavilə bağladıq. Aprelin 2-də bu işlə əlaqədar mətbuat konfransı da keçirəcəyik. Orada maraqlı açıqlamalar olacaq. Samir Piriyevlə Kamran Həsənli arasında növbəti səs yazıları ictimaiyyətə təqdim olunacaq. Hətta Kamran Həsənlinin bacısı Gülər Həsənlinin də bu işdə əlinin olması faktlarla göstəriləcək”.

Şoumen Kamran Həsənli Moderator.az-a açıqlama verərək onlardan prokurorluğa şikayət etdiyini söyləyib: “Şantajla pul almaq istəyirlər. İcazəm olmadan səs yazmaq, sonra səsləndirmək özü cinayətdir, şantajdır, bunlar istintaqa təqdim edilə bilər. Görürlər ki, yalanları alınmır, şou yaradırlar. Onun bir yalançı şahidi var, o da öz sürücüsüdür. Maraqlıdır, Samirdən maaş alan adam istintaqa verdiyi ifadələrdə gah deyir ki, pulu küçədə veriblər, gah da deyir çayxanada. Pul isə 2009-cu ildə Türkiyədə işə qoyulub. Bu Samirin dəyişdiyi üçüncü vəkildir. Deyirdilər ki, pulu 2009-cu ildə Heydər Əliyev Mərkəzinin yanında maşında veriblər. Mən deyəndə ki, o mərkəz 2009-cu ildə tikilməmişdi, yeri dəyişdirdilər. Dedikləri məbləğin ora verilməsi barəsində Türkiyədən şirkətin sahibinin göndərdiyi rəsmi notariusla təsdiq olunmuş sənəd var. Prokurorluğu da aldadıblar, iş açılsın deyə Samir Türkiyədə belə şirkət, obyekt yoxdur deyib. İstintaqda müəyyən olundu ki, şirkət var, adı da "Beypet". Samir də dəfələrlə orda olub, şirkətin sahibi Erhan Yılmazla görüşüb və ortaqlıq söhbətləri ediblər.

Səs yazılarını icazəsiz ictimailəşdirmək cinayətdir, şantajdır, şantaj yolu ilə pul mənimsəməkdir. Prokurorluğu aldatdıqlarından cinayət işi fakta görə açılıb, istintaq bütün faktları üzə çıxaracaq. Fakt üzrə ictimaiyyəti də aldadırlar. Adım çəkilən şirkətdə mənim 300 min avrom var, şirkət mənə və Samirə borcludur. Amma mən Samirə həmişə demişəm ki, şirkət satışa çıxarılıb, şirkət satılanda pulunu alacaq. Şirkət gec satılsa evim plana düşür, alınsa sənin pulunu birinci verərəm. Bu da mənim mərdliyim... Amma bu hərəkətlərdən sonra "ancaq şirkət satılandan sonra pulumuzu götürərik" dedim. Bu ikimizə aid söhbətdir, əziz millətimizi bu pul mübahisəsinə qatmaq ən azı ayıbdır. Daha geniş şəkildə vəkilim Türkel Süleymanlı ilə şənbə günü açıqlama verəcəyik”.

Geri dön