Ana Sayfa > Xəbər > Tanınmışlardan kimlər ayaq yuyub öpər?
Tanınmışlardan kimlər ayaq yuyub öpər?30-03-2016, 11:20. Yazar: admin |
Bu günlərdə Roma Papasının ənənəvi ayaqyuma ayinini gerçəkləşdirməsi dünyada maraqla qarşılandı. Belə ki, Papa Fransisk Pasxa bayramı öncəsi - müqəddəs cümə axşamı ayini üçün Roma yaxınlığındakı Kastelnuovo di Porto qəsəbəsinə, 900-a yaxın miqrant məskunlaşan düşərgəyə gəlib. Burada o, müsəlman, hindu və xristianın da daxil olduğu 12 miqrant və bir italyanın ayağını yuyub, dəsmalla sildikdən sonra bir-bir öpüb. Papanın bu davranışı dünyanın bir çox yerlərində insanlar tərəfindən xoş qarşılanıb, insanlara olan mərhəmət kimi qiymətləndirilib. Bəs görəsən bizdə tanınımışlardan kimsə ayaq yuyub öpərmi? Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, müsəlman aləmində belə bir tələb, qayda olmadığı üçün bu cür addımı gözləmək də doğru olmaz: “Amma mərhəmətin başqa növləri var. İslam dinində bu bir qədər fərqlidir, imkanı olmayan, əlil, şəhid ailələrinə yardım etmək kimi variantlar və sairə. Papanın bu hərəkətindən insanların Allah qarşısında eyni vəziyyətdə hüquq bərabərliyinə sahib olduğu anlamını çıxarmaq mümkündür. Məncə birinci növbədə başın içini daha təmiz saxlamaq lazımdır. Bizim müsəlman aləmində daha çox ayağa diqqət edilir. Ayaq və əl ibadətdən öncə yuyulur. Bildiyiniz kimi, bu, dəstəmaz almada vacib şərtlərdən biridir. Amma ondan önəmli beyinin içini daha xeyirli düşüncə ilə dolmasından çox şey asılıdır. Belə olarsa, yəni müharibə, savaş olmazsa, müəyyən dərəcədə biri birinin haqqına girmək, Pakistandakı kimi körpə uşaqları partlatmaq kimi bir vəhşilik düşüncəsi, vəhşi əməllər olmazsa müəyyən dərəcədə bu, xeyirxahlıq mesajı ola bilər. Xristanlıqda, katolik kilsəsində ayaqyuma qaydaları var, bundan vaxtaşırı istifadə olunur. Papanın atdığı bu addım hər halda müsbət bir mesaj idi. İnsanların bərabərliyi baxımından kimsənin kimsədən üstün olmadığı, bəzən böyük olmaq üçün kiçiklik etməyi bacarmağın vacib olduğunu insanlara çatdıran bir mesaj kimi qiymətləndirilir”. KXCP sədri Mirmahmud Mirəlioğlu isə məsələyə bu cür münasibət bildirdi: “Bu cür davranışlar o yerdə xoş qarşılanır ki, orda dini təsəvvürlər zəifdir. Yəni, gözlənilməz, sanki bir şok yaşandı və sairə. Bu ayin katolik və provaslarda var. Bundan da çox zaman lazım olanda vaxtaşırı siyasi kompaniya kimi istifadə olunur. Lakin hər zaman deyil, nə zaman istəyirlərsə o zaman. Papanın bu davranışı da bir yerinə düşdü, istifadə etdi. Orda qaradərilidən tutmuş, müsəlmanlara qədər şəxslər var idi. Belə təqdim etdilər. Yəni burda din adında bir şey yoxdur, Roma Papası da Amerika açmayıb. Bizim dinimizdə ayaqyuma məsələsi yoxdur. Amma əl öpmə, bağrına basma var və sairə var. Hətta fars üç dəfə, türk iki dəfə öpüşür. Ayaqyuma hansısa inancda varsa da biz bunu qəbahət hesab etmirik”. ADP sədri Sərdar Cəlaloğlu da vurğulayıb ki, dinimizdə belə bir adət olmadığı üçün ayaq yuyub öpmək günah hesab edilə bilər: “Bu Roma Papasının kəşfi deyil, İsa peyğəmbərin vaxtından qalan dini ayindir. İsa peyğəmbər o zaman xəstələrin ayaqlarını yuyub öpüb, bununla da peyğəmbərlərin xalqa bir xidmətçi kimi göndərilməsini nümayiş etdirib. Roma Papaları İsa peyğəmbərin bu hərəkətini təkrar edirlər. Beləliklə 2 min ildir ki, Roma Papaları Pasxa bayramında xəstələrin, əsirlərin, çətinlikdə olan insanların ayaqlarını yuyub öpür, bununla da İsa peyğəmbərin yolunu davam etdiklərini sübut edirlər. Qurani-Kərimə əsasən hər bir qövmün öz əmrləri var. Biz xristianların, yəhudilərin əmrlərini yerinə yetirmirik. Ona görə də bizim peyğəmbərimizin belə bir hərəkəti, adəti olmadığına görə bu ayini yerinə yetirmək bizə günah olar”. Qeyd edək ki, Xristianların inanclarına görə, Həzrəti İsa çarmıxa çəkilmədən bir gün öncə sevgisini nümayiş etdirmək üçün 12 həvarisinin ayağını yuyub. Geri dön |