Ana Sayfa > Xəbər > Məşhur futbolçunun azərbaycanlı gəlini Türkiyəyə buraxılmadı

Məşhur futbolçunun azərbaycanlı gəlini Türkiyəyə buraxılmadı


17-03-2016, 11:48. Yazar: admin
Məşhur futbolçunun azərbaycanlı gəlini Türkiyəyə buraxılmadı
Türkiyənin məşhur futbolçusu Gökhan Zanın qardaşının azərbaycanlı həyat yoldaşı Türkiyəyə buraxılmadı. ANS PRESS-in məlumatına görə, Səlahəddin Zanın Azərbaycan əsilli həyat yoldaşı Ayşən Zan viza qaydalarını pozduğu üçün Türkiyəyə daxil ola bilməyib.

Azərbaycandan İstanbula gedən Səlahəddin Zan və Ayşən Zan hava limanında pasport yoxlama məntəqəsində "ilişib". Burada viza qaydalarını pozduğu səbəbilə saxlanan Ayşən Zan problemli sərnişinlər məntəqəsinə aparılıb. Səlahəddin Zanın problemin həll edilməsi üçün cəhdləri nəticəsiz qalıb.

34 yaşlı Gökhan Zan Türkiyə yığmasının sabiq müdafiəçisidir. Gökhan Zanın ilk klubu "Hatayspor" olub. Sonradan "Çanakkale Dardanelspor"a keçən futbolçu 2003-2004-cü il mövsümündə "Beşiktaş"a transfer olub.

O, 2005-2006-cı il mövsümünü "Qaziantepspor"da keçirdikdən sonra "qartallar"ın heyətinə qaytarılıb. 2006-ci ildən Türkiyə milli komandasına çağırılan Gökhan 45 dəfə "ay-ulduzlu" forma geyib. 2009-cu ildə "Qalatasaray"la 2 illik müqavilə imzalayıb.

Geri dön