Ana Sayfa > Xəbər > Milli Məclis Roma Papasına qarşı
Milli Məclis Roma Papasına qarşı14-04-2015, 12:47. Yazar: admin |
Parlamentin bu gün keçirilən iclasında millət vəkilləri Roma Papasının erməni soyqırımını tanıması ilə bağlı çıxışına etiraz edib. “Qafqazinfo” xəbər verir ki, millət vəkili Fazil Mustafa bildirib ki, 24 aprel Çanaqqala zəfəri Azərbaycanda qeyd edilməlidir: “Bununla bağlı mən rəsmi dövlət qurumlarına çağırış da etmişdim. Amma hələ ki təklifin nəzərə alındığını görmürəm”. Deputat Zahid Oruc isə bildirib ki, bu Türkiyənin təklənməsinə səbəb ola bilər: “Nə qədər ki, Türkiyə ilə bağlı düşmənçilik iddiaları olacaq, bu onların xeyrinə deyir. “Soyqrımı” iddiaları ilə inkişaf etmək olmaz. İllərlə ermənilər bu silahdan öz məqsədləri üçün istifaə ediblər. Hesab edirəm ki, bizim müraciətimiz bir nəticə verməyəcək. Çünki, belə hallar dəfələrlə təkrar olunub. Odur ki, daha fərqli addımlarda bulunmalıyıq. Mən demirəm ki, Bakıdakı Roma kilsəsini gül-çiçək atəşinə tutmalıyıq. Ən azı bir adamın 3 çiçək dəstəsini ora qoymasını təşkil etməliyik. Dünyada saxta soyqrımı ilə qələbə qazanmaq mümkün deyil. Ermənilər heç bir transmilli layihədə yoxdur”. Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, bu məsələdə Türkiyənin yanında olduğumuzu bir daha bildirməliyik: “Azərbaycanda soyqırım muzeyi yaradılmalıdır. Həmçinin biz Roma Papasına çıxışına etiraz olaraq məktub göndərməliyik”. Geri dön |