Ana Sayfa > Xəbər > Nazir məktəblərdəki qanlı olaylardan narahatdır

Nazir məktəblərdəki qanlı olaylardan narahatdır


17-03-2016, 10:53. Yazar: admin
Nazir məktəblərdəki qanlı olaylardan narahatdır
Bakıda orta məktəblərdə şagirdlərin bıçaqlanması ilə bağlı tez-tez xəbərlərə rast gəlirik. Bir neçə gün öncə paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində 11-ci sinif şagirdi Sarvan Zəliyev öz sinif yoldaşı tərəfindən bıçaqlanıb.

Bundan öncə isə analoji hadisə Bakının Binə qəsəbəsində yerləşən 136 saylı məktəbdə qeydə alınıb. 8 mart ərəfəsində isə Xəzər rayonunda yerləşən 26 saylı orta məktəbin 11-ci sinif şagirdi Samray Hümbətzadə bıçaqlanıb. Hadisə məktəbin daxilində baş verib.
Son vaxtlar təhsil müəssisələrində baş verən qanlı olaylar Təhsil Nazirliyini narahat etməyə başlayıb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, baş verən hadisələr narahatlıq yaratmaqla müəyyən addımların atılmasını zəruri edir.

Məktəb rəhbərlərinin məsuliyyətinin artırılması, şagirdlər arasında xüsusi söhbətlərin təşkili, məktəb-valideyn əlaqələrinin gücləndirilməsi istiqamətində lazımi tədbirlərin görülməsi barədə yerli təhsili idarəetmə orqanlarına müvafiq tapşırıqlar verilib.

Geri dön