Ana Sayfa > Xəbər > Bakıda baş vermiş dəhşətli hadisədə ölənlərin şəxsiyyəti açıqlandı
Bakıda baş vermiş dəhşətli hadisədə ölənlərin şəxsiyyəti açıqlandı17-03-2016, 10:30. Yazar: admin |
Dünən gecə saatlarında Suraxanı rayonunda baş vermiş dəhşətli hadisədə həyatını itirən 2 nəfərin şəxsiyyəti müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, martın 16-da saat 22 radələrində Suraxanı rayonu, S. Əliyev küçəsində Bakı şəhər sakini Bayram Əzimova məxsus mərmər sexində İran vətəndaşı Soleymani Bəhram Məhəmməd oğluna məxsus "Dang-Fang" markalı 25-D-65910 və 25-D-66-010 nömrə nişanlı yük maşınından mərmər listlər boşaldılarkən mərmərlər aşıb. Hadisə nəticəsində yükü boşaldan 1961-ci il təvəllüdlü Murad Həsənov və 1989-cu il təvəllüdlü Zeynalov Məhəmməd Məhərrəm oğlu mərmər listin altında qalaraq ölüb. Hadisə yerinə Suraxanı rayon hüquq-mühafizə orqanları əməkdaşları gəlib, hadisə yerinin ekspetrizası aparılıb, meyitlər məhkəmə tibb ekspertizasından keçirilib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma-eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Geri dön |