Ana Sayfa > Xəbər > Ukraynada 6108 nəfər ölüb

Ukraynada 6108 nəfər ölüb


14-04-2015, 12:41. Yazar: admin
Ukraynada 6108 nəfər ölüb
Ötən ilin aprel ayından etibarən Ukraynanın şərqində başlayan silahlı münaqişə nəticəsində 6,1 mindən çox insan ölüb.

AzVision.az-ın "İTAR TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsində bildiriblər.

"2015-cü il, aprel ayına olan məlumata əsasən, Ukraynada münaqişə dövründə ölənlərin sayına dair hazırkı rəsmi rəqəm, Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişini də daxil olmaqla, 6108 nəfər olub, yaralıların sayı isə 15450 nəfər təşkil edib",- deyə hesabatda vurğulanır.

BMT-nin yeni hesabatında, həmçinin, atəşkəs rejiminin mütəmadi olaraq pozulması və hərbi əməliyyatlar zonasını tərk edənlərin sayının artması qeyd olunur. Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.

Geri dön