Ana Sayfa > Xəbər > "Alim Qasımovun oğlunun günahı yoxdur" - AÇIQLAMA

"Alim Qasımovun oğlunun günahı yoxdur" - AÇIQLAMA


14-04-2015, 12:30. Yazar: admin
"Alim Qasımovun oğlunun günahı yoxdur" - AÇIQLAMA
Xəbər verildiyi kimi, dünən Bakı-Şamaxı-Yevlax magistral yolunun 119-cu km-liyində xalq artisti Alim Qasımovun oğlu Qadir Qasımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili "İsuzu" markalı avtobusla toqquşub.

Nəticədə Qadir Qasımov yüngül xəsarət alıb. Avtobusun sürücüsü Vidadi İsgəndərov və sərnişini isə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Alim Qasımovun köməkçisi Səadət Möhübova bu olaya öz münasibətini bildirib.

O, AzNews.az-a deyib ki, baş verən hadisədə xanəndənin oğlunun günahı olmayıb: “O, hazırda evdədir, heç bir xəsarət almayıb. Hadisə zamanı yalnız maşınının bir tərəfini vurublar. Polislər araşdırıb, günah avtobusun sürücüsündədir”.

Qeyd edək ki, Alim Qasımov hazırda Azərbaycanda deyil.

Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Geri dön