Ana Sayfa > Xəbər > Eynulla Fətullayev prezidentə müraciət etdi: “Eldar Mahmudovu cəzalandırın”
Eynulla Fətullayev prezidentə müraciət etdi: “Eldar Mahmudovu cəzalandırın”14-03-2016, 12:03. Yazar: admin |
Az əvvəl haqqin.az saytı jurnalist Eynulla Fətullayevin maliyyə naziri Samir Şərifova qarşı təxribatla bağlı sensasion məqaləsini dərc edib. Virtualaz.org xəbər verir ki, E.Fətullayev əldə etdiyi özəl informasiyalara və apardığı təhlillərə əsasən S.Şərifovun guya “üçqat agent” olması barədə dosyeni keçmiş KQB zabiti, hazırda ABŞ-da fəaliyyət göstərən Yuri Şvetsə ötürülməsini təşkil edən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovdur. E.Mahmudovun mütəşəkkil cinayət qruplaşmasının üzvlərinin əksəriyyəti zərərsizləşdirilsə də o, hələ də azadlıqdadır və göründüyü kimi dövlətə qarşı təxribat əməllərini davam etdirir. Məqalənin sonunda E.Fətullayev prezident İlham Əliyevə müraciət edir. Müraciətdə deyilir: “Çox hörmətli cənab prezident! Bir çox digər dövlət başçılarından və idarəçilərdən Sizi səmimi insani xarakteriniz, dürüstülüyünüz, səmimiliyiniz fərqləndirir. “MTN-dəki mütəşəkkil cinayətkar qruplaşma” ilə bağlı situasiya Sizin üçün şübhəsiz ki, bizlərdən daha ağrılı və məyusedicidir. Axı etibar etdiyiniz, dövlətin təhlükəsizliyinin, maliyyə sisteminin taleyini həvalə etdiyiniz adamlar Sizə qarşı satqınlıq ediblər. Eldar Mahmudov və Cahangir Hacıyev təkzə Sizi yox, bütün Azərbaycanı satıblar. Minlərlə sındırılmış insan taleyi, öz vətəndaşlarına qarşı elan edilmiş müharibə, soyğunçuluq, banditizm və öz xalqına qarşı tükənməz nifrət-Mahmudovun və Hacıyevin kriminal fəaliyyətinin mahiyyəti budur. Mahmudovçu MTN-nin qanlı tarixçəsi ölkənin xüsusi xidmət orqanları üçün ləkəyə çevrildi. Yalnız Sizin qətiyyətiniz, dönməz siyasi iradəniz sayəsində azərbaycan xalqı bu cəhənnəm məkanından-sosial nifrət və quldurluq aşılayan bu strukturdan xilas oldu. Bu quldur yığınının zərərsizləşdirilməsindən sonra ölkə necə də azad nəfəs aldı. Lakin düzünü desəm ölkə ictimaiyyəti bu kriminal qruplaşmanın lideri Eldar Mahmudovun hələ də azadlıqda dolaşmasını, dövlətimizin dayaqlarını sarsıdan fəaliyyətini davam etdirməsini başa düşə bilmir. Birmənalıdır ki, maliyyə naziri Samir Şərifova qarşı təxribatın, eləcə də bir çox digər cinayətlərin arxasında Eldar Mahmudov dayanır! Bu, təkcə xalqa qarşı çağırış deyil, Sizin şəxsinizdə bütün xalqa qarşı çağırışdır! Sizdən və Sizin şəxsinizdə dövlətimizdə möhkəm yer tutmuş yüksək ədalətdən səmimi şəkildə xahiş edirəm ki, bu şər qüvvənin törətdiy cinayətlərə görə qanunun bütün ciddiyəti ilə cəzalandırılmasını təmin edəsiniz! Səmimi duyğularla: Eynulla Fətullayev” P.S. E.Fətullayevin məqaləsinin azərbaycan dilində versiyası gün ərzində virtualaz.org saytında dərc ediləcək. Geri dön |