Ana Sayfa > Xəbər > Mətanətdən qadağa: "Bundan sonra daha olmayacaq"
Mətanətdən qadağa: "Bundan sonra daha olmayacaq"14-03-2016, 10:49. Yazar: admin |
ATV kanalının aparıcısı Mətanət Əliverdiyeva Azər İsmayılovun “Yoxlama” verilişinin təqdimat mərasimində iştirak edib. Moderator.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edən aparıcı xanım bildirib ki, bundan sonra heç bir sayta müsahibə verməyəcək: "Heç bir sayta müsahibə verməyəcəm. Bundan sonra olmayacaq. Artıq üzərindən xətt çəkmişəm". Xatırladaq ki, bir neçə ay öncə M. Əliverdiyevanın ikinci həyat yoldaşının açıqlamasında bildirilmişdi ki, Mətanət xanım guya ona xəyanət edib. Ondan sonra nömrəsini dəyişən aparıcı xanım jurnalistlərdən kənar gəzir və bu barədə də ümumiyyətlə heç bir açıqlama vermir. Geri dön |