Ana Sayfa > Xəbər > Al –Nusra bazaları ələ keçirib
Al –Nusra bazaları ələ keçirib14-03-2016, 10:11. Yazar: admin |
Al-Qaeda-nın Suriya qanadı olan Al-Nusra Cəbhəsi Suriyanın şimal-qərbində Qərbin dəstəklədiyi üsyançıların baza və silahlarını ələ keçirib. Suriya İnsan Haqları Təşkilatı martın 13-də bildirib ki, Al-Nusra Cəbhəsi onlarla üsyançını əsir götürüb. 13-cü diviziya adlı qruplaşma Azad Suriya Ordusunun bir fraksiyasıdır. Qərbin dəstək verdiyi qruplaşmaya Ahmed al-Seoud komandirlik edir. Artıq iki həftədir Suriyada döyüşlər, əsasən, dayandırılıb, martın 14-də Cenevrədə hökumət və müxalifət təmsilçilərinin danışıqları gözlənir. Ancaq bu atəşkəs Al-Nusra Cəbhəsi və İslam Dövləti qruplaşması yaraqlılarına aid deyil. Geri dön |