Ana Sayfa > Xəbər > Gənclərə Həcc ziyarətinə getmək qadağan edildi
Gənclərə Həcc ziyarətinə getmək qadağan edildi14-04-2015, 11:59. Yazar: admin |
Tacikistanda gənclərə Həcc ziyarəti qadağan olunub. Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, Tacikistan hökuməti yanında Dini işlər üzrə Komitə bildirib ki, bundan sonra müsəlman taciklər Həcc ziyarətinə ancaq 35 yaşdan sonra gedə biləcəklər. “Bizim bu qərarımızın məqsədi yaşlı insanlara ziyarət imkanı tanımaq və onların çoxdankı arzularını reallaşdırmalarına şərait yaratmaqdır”, – deyə qurumun açıqlamasında bildirilir. Tacikistandan Həcc ziyarətinə gedənlərin siyahısı adıçəkilən komitə tərəfindən tərtib olunur. Qurum ölkəyə ayrılan kvotaya (bu il 6,3 min nəfər) əsasən siyahıda yaşlı nəslin nümayəndələrinə üstünlük verməyi qərara alıb. Bundan əvvəl Tacikistan prezidenti əhaliyə müraciət edərək Həcc üçün borca girmək əvəzinə yoxsullara yardım etməyə çağırmışdı. Geri dön |