Ana Sayfa > Xəbər > Koreya lideri atom bombasını dünyaya göstərdi – FOTO
Koreya lideri atom bombasını dünyaya göstərdi – FOTO10-03-2016, 13:10. Yazar: admin |
Şimali Koreya lideri Kim Çen Inın nüvə başlığının maketinin yanında çəkilən şəkilləri yayılıb. Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir. İddia edilir ki, Kim Çen Inın nüvə başlığı ilə yayımlanan fotoları dünyaya ciddi mesajdır. Bildirilir ki, Şimali Koreya rəhbərliyi bununla Cənubi Koreyanın ABŞ ilə müştərək təlimlərinə özünəməxsus şəkildə cavab verib. Fotoda “qarışıq tərkibli miniatür nüvə başlığı” təsvir edilib. Bu başlığın təyinatı uzaq məsafəli ballistik raketlərə quraşdırılmaqdır. Söhbətin yerli istehsalatdan getməsinə baxmayaraq, ekspertlər Şimali Koreyada bu qəbildən olan texnologiyaların mövcudluğuna şübhə edirlər. Geri dön |