Ana Sayfa > Xəbər > Sövet dönəminin azərbaycanlı liderinin doğum günüdür
Sövet dönəminin azərbaycanlı liderinin doğum günüdür14-04-2015, 11:42. Yazar: admin |
Bu gün ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in sədri (1922-1925) Nərimanov Nəriman Kərbəlayi Nəcəf oğlunun 145 yaşı tamam olur. Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adı ilə bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilib, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunub. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynayıb, ilk qiraətxananı açıb. Ədəbiyyatçı kimi milli romanımızın ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisi kimi qalır. Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılıb. Məsələn, Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək verib və bu sahədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadələdə onlara böyük dəstək verib. Daha sonralar Atatürk ona bu köməklərinin əvəzini verməyi təklif etdiyində isə Nərimanov ona "Qardaş qardaşa borc verməz, əlindən tutar" deyə cavab göndərib. Azvision.az xatırladır ki,Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olub. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirib. 1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olub, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirib. 1909-cü ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilib. 1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olub. Artıq 1917-ci ildə N.Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi. 1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır. N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin sədri və Xalq Komissarları Sovetinin sədri vəzifəsini tutur. 1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcrayyə Komitəsinin sədrlərindən biri seçilir. N. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölüb və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilib. Geri dön |