Ana Sayfa > Xəbər > Rusiya hakimiyyətindən tatar Məclisinə İŞİD münasibəti

Rusiya hakimiyyətindən tatar Məclisinə İŞİD münasibəti


10-03-2016, 12:01. Yazar: admin
Rusiya hakimiyyətindən tatar Məclisinə İŞİD münasibəti
Rusiya tərəfindən ilhaq olunmuş Krımın Ali məhkəməsi tatarlar Məclisini ekstremist təşkilat elan olunması ilə bağlı fəaliyyətə keçib.

Avropa.info xəbər verir ki, Məclis ekstremist təşkilat kimi tanınacağı halda Rusiya ərazisində onun fəaliyyəti qadağan olunacaq.

İlk məhkəmə iclası 3 martda keçirilib. İş tanış olmaq üçün Məclis üzvlərinə verilib. Məclisin sədr müavini Nəriman Cəlalov deyib ki, onlara o qədər çox miqdarda sənəd verilib ki, məhkəmənin ertələnməsini istəyəcəklər. O, deyib ki, məhkəmənin Məclisi qapatmaq barədə qərar verəcəyindən şübhə duymur.

Xatırladaq ki, Krım tatarlarının Məclisinin sədri Refat Çubarovun Krım ərazisinə girişi 2014-cü ildə rəsmən qadağan edilib. Eyni qadağa Mustafa Cəmilevə də tətbiq olunub.

Geri dön