Ana Sayfa > Xəbər > "Ərimdən sevərək ayrılıram, hər gün ağlayıram"

"Ərimdən sevərək ayrılıram, hər gün ağlayıram"


10-03-2016, 11:00. Yazar: admin
"Ərimdən sevərək ayrılıram, hər gün ağlayıram"
Model Seçkin Piriler və keçən il musiqiçi Kıvılcım Uralla dodaq-dodağa görüntülənən həyat yoldaşı Kaan Taangöze evliliklərini bitirirlər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, keçən həftəyə qədər barışacaqları gözlənilən, kəskin danışmaqdan yayınan Piriler sonunda həyat yoldaşının razılaşma yolu ilə boşanma təklifini qəbul edib.

"Cümə günü boşanırıq" deyən Piriler sosial media hesablarında soyadının qarşısındakı Tangöze hissəsini çıxarıb. Keçmiş model bu barədə deyib:

"Dünən vəkilim vasitəsilə məhkəməyə müraciət etdim. Ərimdən sevərək ayrılıram. Üç aydır, nələr yaşadığımı sözlərlə başa sala bilməyəcəyəm. Hər gün ağlayıram. İki uşağım olmasaydı bunlara dözə bilərdimmi, onu da bilmirəm. Evliliyim mənim deyil, həyat yoldaşımın səhvinə görə bitir. Əslində bu, üç ay əvvəl bitib, amma mən indi qəbul edə bildim. Bundan sonra da evli ikən olduğu kimi həyatımı düzgün şəkildə yaşamağa davam edəcəyəm".

Qeyd edək ki, Kaan bir müddət əvvəl K.Uralla həyat yoldaşıa xəyanət etmişdi.

Geri dön