Ana Sayfa > Xəbər > “YapıKrediBank Azərbaycan”da maaş böhranı

“YapıKrediBank Azərbaycan”da maaş böhranı


14-04-2015, 11:08. Yazar: admin
“YapıKrediBank Azərbaycan”da maaş böhranı
Devalivasiyadan sonra bir çox bankların durumu ağırlaşmağa başlayıb. Xüsusən də orta səviyyəli bankların vəziyyəti heç də yaxşı hesab edilmir. JAM.AZ-a daxil olan məlumata görə, artıq bir neçə bankda əmək haqqı ilə bağlı ciddi problemlər yaşanmağa başlayıb.
Məlumatda deyilir ki, «Yapı Kredi Bank-Azərbaycan»da artıq maaş məsələsi böhranlı həddə çatıb. JAM.AZ-a çatan bilgilərə görə, bank rəhbərliyi işçilərə xəbərdarlıq edib ki, bir müddət belə olacaq. Amma bunun konkret səbəbləri barədə heç bir məlumat verilməiyb.
Gələn xəbərlərə görə, manatın dəyərdən düşməsindən sonra maliyyə bazarında cəmi iki ay duruş gətirə bilən «Yapı Kredi Bank-Azərbaycan»ın bu şəkilə düşməsinin əsas səbəbi kimi isə zamanında pulların lazım olan deyil, başqa istiqamətlərdə sərf edilməsi göstərilir. İddia edilir ki, bankın türk rəhbərliyi Türkiyədə təcrübəsinə dayandığını vurğulasa da, əslində, onların hədəfi özləri üçün daha çox pul qazanmaq olub.
Elə bu səbəbdəndir ki, mənbələr sözügedən bankın nizamnamə kapitalında hər il problem yaşandığını, bağlanmaq təhlükəsi ilə üz-üzə qaldığı, son anda isə şişirilmiş rəqəmlərlə vəziyyətdən çıxdığını vurğulayır.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri dön