Ana Sayfa > Xəbər > Qarabağın hərbi yolla həlli yoxdur – Nalbandyan

Qarabağın hərbi yolla həlli yoxdur – Nalbandyan


9-03-2016, 11:24. Yazar: admin
Qarabağın hərbi yolla həlli yoxdur – Nalbandyan
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində dəfələrlə ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini və bu münaqişəsinin sülh yolu ilə həllinin alternativinin olmadığını vurğulayıb.

AzVision.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Rusiyanın `Komersant` qəzetinə müsahibəsində bildirib.

“Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə yüksək nümayəndəsi Federika Mogerini İrəvana səfəri zamanı bir daha bu mövqeyi təkrarladı. Biz daima həmsədrlərin səylərini yüksək qiymətləndiririk. Çox təəssüflər olsun ki, digər mövqeyin fərqlidir. Münaqişənin indiyə qədər həll olunmamasında nə həmsədrlər, nə də Ermənistan günahkardır”, – deyə Nalbandyan vurğulayıb.

Ermənistan xarici işlər naziri, həmçinin Azərbaycanın danışıqlar formatını dəyişməyə cəhd etdiyini bildirib: “Həmsədrlər dəfələrlə bu cəhdlərin ümumilikdə prosesə zərbə vurduğunu bəyan ediblər”.

Geri dön