Ana Sayfa > Xəbər > “Kaş çox yox, 10-ca belə deputatımız, ictimai xadimimiz olaydı”...
“Kaş çox yox, 10-ca belə deputatımız, ictimai xadimimiz olaydı”...7-03-2016, 16:01. Yazar: admin |
“...Səhər tezdən balaca Röyamızın səhhəti ilə bağlı baş həkimlə danışdım, uşağın özü ilə söhbət etdim. Sonra Röyanı əməliyyata yola saldıq. İndi isə Azər Xanlaroğlunun səhhəti ilə ağlı 1 saylı Şəhər Kliniki xəstəxanasına gəlmişik... Burdan isə Xocalıdan olan Durdanə bacımın kitab təqdimatına gedəcəyəm”... Bu, martın 7-də doğum günü olan Qənirə Paşayevanın həmin gün üçün iş planıdır. Saytlardan birinə verdiyi açıqlamada deyib bunu... Onunla şəxsi tanışlığımız 2001-ci ilə təsadüf edir. Onda jurnalist idi, Press-Klubda keçirilən hansısa bir tədbirdə tanış olmuşduq. Daha sonra həmkar kimi münasibətlərimiz dost səviyyəsinə qədər yüksəldi... Jurnalistikadan yüksək vəzifəyə gedən, deputat seçilən xeyli həmkarımız olub. Maləsəf, onların əksəri bir pillə yüksələndən sonra əski yoldaşlıqları - tədbir məkanlarında, konfrans zalları, məhkəmə binaları önlərində bir peraşkini ikiyə bölüb yeyən jurnalist dostlarını unudublar, zənglərinə cavab verməyiblər, çevrədən da tam ayrı düşüblər. Əlbəttə, istisnalar hər zaman var və BİZİM Qənirə Paşayeva da barmaqla sayılacaq qədər istisnalardan biridir. Heydər Əliyev Fondunun sözçüsü kimi, daha sonra – 2005-ci ildən üzü bu yana deputat olduğu illərdə barəsində belə bir imic formalaşdırıb: “Kaş çox yox, 10-ca belə deputatımız, ictimai xadimimiz olaydı”... Əlbəttə, o, təkcə jurnalistlərin deyil, lazım olan anda, ona ehtiyac duyan hər kəsin yanında olur. Onlarla nümunəsi var bunun: icra başçısının zülmündən bezib “intihar körpüsü”nə çıxan, övladı ağır durumda olan vətəndaş, müalicəyə ehtiyacı olan qazi, təzyiqə məruz qalan jurnalist və s. ilk olaraq onu arayır. Bunun çox sadə bir səbəbi var: Qənirə xanım təkcə seçicilərindən, jurnalist həmkarlarından deyil, bütün ölkə boyunca sadə vətəndaşlardan ayrı düşmür, xalqın içində olur, insanların ona əli çatır, ünü yetir... O isə öz növbəsində əlindən gələn nə varsa, əsirgəmir. Şəxsən özüm azı 4 epizodda – hansı ki, onların hamısında söhbət insan həyatından gedirdi - onun necə fədakar bir insan, dost olmasına şahidlik etmişəm. Zəng edib, birinci sözü bu olub: “Nə edə bilərəm, hara gəlim?” Təcili olaraq özünün gücü çatan ilkin addımları atıb, daha sonra məsələnin həlli üçün ölkə prezidentinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya yazılan müraciətlərin ünvanına maksimum tez çatması üçün əlindən gələni edib. Bu şəxsə ölkə rəhbərliyində böyük etimad yarandığı göz önündədir: onun arxasınca düşdüyü bütün yardım kampaniyalarına dövlət səviyyəsində dəstək verilir. Çünki inam, etimad qazanıb... “Yoruldum” demədən çalışır bu insan. Bəzən heyranlıqla izləyirəm onun iş qrafikini. Bakıdan İstanbula uçur, orada bir tədbirdə iştirak edir, fotoları facebook səhifəsində görüntülənir. Təxminən 4-5 saat sonra görürsən ki, Qənirə Paşayeva artıq Avropa ölkəsindədir, indi də oradakı tədbirdən fotolar yayımlanır. Axşam yatırsan, səhər ayılıb saytlardan xəbər tutursan ki, Qənirə Paşayeva artıq Tovuzdadır, seçiciləri ilə görüşür. Axşam isə görürsən ki, Bakıda hansısa bir tədbirdə çıxış edir... Düzü, adam tərifləməyə adət etməmişəm, amma doğum günündə, həmçinin 8 mart ərəfəsində ona layiq olduğu, ən əsası, haqq etdiyi bir neçə kəlmə xoş cümlələr yazmaq mütləqdir. İnsanlara layiq olduğu sözləri deməkdən çəkinmək lazım deyil. Əksinə, onların gərəkli, lazımlı olduqlarını bir daha hiss etdirmək üçün özəl günlərdə bunları söyləmək zəruridir. Doğum günün mübarək, Qərinə Abla! Allah ürəyincə versin! Nə yaxşı varsan! Geri dön |