Ana Sayfa > Xəbər > "Mənim üçün heç bir çərçivə yoxdur" -Vəfa erotik səhnəsindən danışdı
"Mənim üçün heç bir çərçivə yoxdur" -Vəfa erotik səhnəsindən danışdı7-03-2016, 15:10. Yazar: admin |
|
Aktrisa Vəfa Zeynalova erotik səhnələr canlandırdığına görə onu tənqid edənlərin cavabını verib. Moderator.az xəbər verir ki, aktrisa "ATV maqazin onlarla" verilişində ətrafındakı söz-söhbətlərə son qoyub: "Əgər aktrisayamsa, kiminsə həyatını çatdırıram. Mən Vəfanı sizə təqdim etmirəm ki? Biz aktyorlar sizin aynanızıq, sizi sizə təqdim edirik. Bəyənmirsiniz? Bu sizsiniz. Sadəcə olaraq mən yükü daşıyanam. Bu gün Almaz obrazını oynayıramsa, sabah Nigar obrazını oynacayacağam. Qınağı özünüzdə axtarın, aktrisa da yox. Əgər mən aktrisayamsa, bacardığım qədər bu sənətdəyəmsə, mənim üçün heç bir çərçivə yoxdur. Məndən öncə də erotik səhnələrdə çəkilən aktrisalarımız olub. Əgər başı bağlı, sakit, kimsəsiz qız olanda siz məni alqışlayırsınızsa, mənfi obraz olanda niyə sizə pis görünürəm? Əgər aktrisayamsa bütün obrazların öhdəsindən gəlməliyəm". Geri dön |