Ana Sayfa > Xəbər > Rusiyalıların Putini sevməyi
Rusiyalıların Putini sevməyi7-03-2016, 14:21. Yazar: admin |
Rusiya prezidenti Vladimir Putin-i dəstəkləyənlər onun reytinqinin göyə qalxmasıyla lovğalanırlar. Amma «The Washington Post»da Michael Birnbaum bu yanaşmanı sual altına alır: «Həmişə sual edirdim ki, Putin-ə dəstək realdırmı? Məndə belə bir güclü təəssürat var ki, realdır, ancaq adamlar Putin-i dəstəklədiklərini deyəndə, bu, bir amerikalının prezident Obama-nı dəstəkləməsiylə eyni anlama gəlmir. 16 illik hakimiyyəti dövründə rusiyalılar ona siyasəti zəbt etmiş biri kimi baxırlar. Birindən Putin-ə dəstəklə bağlı sual verəndə, sanki ondan Rusiyaya dəstək verib-vermədiyini soruşursan. Kim «yox» deyər ki?». Məsələn, 20 yaşlı biri Putin-i güclü şəkildə dəstəklədiyini söyləyir. Ancaq ondan açıq şəkildə soruşanda ki, «Rusiyada hansı siyasətçilərin ardınca gedərdin», bircə ad da çəkə bilmir. Yəni beynində, belə görünür, Putin hər şeydən yuxarıda durur. Rəyi soruşulanlardan bəziləri Putin-ə inandıqlarını söyləyiblər, ancaq məsələn, gündəlik dolanışıqdan narazılıq ediblər: tətilə çıxmırlar, dərman ala bilmirlər, qiymətlər qalxdığından özlərinə çox şeyi qıymırlar və sairə. «Sanki 90-cı illərin əvvəlləridir», - siqaret damağında bir qadın belə deyir. «Putin-i sevirəm. Allah ona uzun ömür, cansağlığı versin. Ancaq ondan sonra kim gələcək, bax, bundan narahatam». İqtisadi durumun çətinliyindən, Mərkəzi Bankdan gileylənən bir qadından Putin-ə dəstək verib-vermədiyini soruşanda da, «hə» deyib. Geri dön |