Ana Sayfa > Xəbər > Ali dövlət qurumları və güc strukturları: kimin büdcəsi dəyişib?

Ali dövlət qurumları və güc strukturları: kimin büdcəsi dəyişib?


7-03-2016, 13:26. Yazar: admin
Ali dövlət qurumları və güc strukturları: kimin büdcəsi dəyişib?
2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qanunu imzalanıb, onun qüvvəyə minməsi ilə əlaqədar fərman verilib. Transparency.az büdcədəki yenilənmənin ali dövlət qurumları və güc strukturlarına ayrılan vəsaitə necə təsir etdiyinə nəzər salıb:

Milli Məclis – 22 milyon 694 min 934 manat (əvvəlki büdcədə 23 milyon 245 min 955 manat idi)

Nazirlər Kabineti – 9 milyon 939 min 392 manat (10 milyon 72 min 645 manat idi)

Prezident Administrasiyası – 67 milyon 610 min 734 manat (70 milyon 526 min 812 manat idi)

Xarici İşlər Nazirliyi – 12 milyon 897 min 323 manat (13 milyon 98 min 794 manat idi)

Müdafiə Nazirliyi – 1 milyard 463 milyon 3 min 900 manat (dəyişməyib)

Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti – 108 milyon 894 min 688 manat (Ləğv olunmuş MTN-ə də bu qədər vəsait ayrılmışdı)

Daxili İşlər Nazirliyi – 365 milyon 800 min 969 manat (dəyişməyib)

Ədliyyə Nazirliyi – 24 milyon 624 min 831 manat (24 milyon 999 min 300 manat idi)

Fövqəladə Hallar Nazirliyi – 138 milyon 231 min 983 manat (dəyişməyib)

Baş Prokurorluq – 47 milyon 58 min 609 manat (47 milyon 469 min 996 manat idi)

Konstitusiya Məhkəməsi – 4 milyon 84 min 87 manat (dəyişməyib)

Ali Məhkəmə – 7 milyon 3 min 279 manat (7 milyon 63 min 700 manat idi)

Dövlət Sərhəd Xidməti – 210 milyon 919 min 132 manat (dəyişməyib).

Geri dön