Ana Sayfa > Xəbər > Banklar niyə manatla kredit vermir? – Video
Banklar niyə manatla kredit vermir? – Video7-03-2016, 11:59. Yazar: admin |
Ölkədə fəaliyyət göstərən banklar manatla kredit verməkdən imtina edir. Vertikal.az xəbər verir ki, dollarla olan kreditlərə daha aşağı faizlər tətbiq edən banklar vətəndaşları məhz xarici valyutada kredit götürməyə sövq edir. Bankların bu addımı milli valyutaya etimadın artması və manatın möhkəmlənməsinə mənfi təsir edir. Baxmayaraq ki, dövlət özəl bankların fəaliyyətinin gücləndirilməsi üçün kifayət qədər dəstək verir və güzəştlər tətbiq edir. Ekspertlər hesab edir ki, özəl bankların milli valyutaya bu cür ögey münasibəti onların özü üçün də risk yaradır, problemli kreditlərin artmasına səbəb olur. İqtisadçı Vüqar Bayramov Xəzər xəbər-ə açıqlaqmasında milli valyutanın möhkəmlənməsi üçün manat və dollarla olan kredit faizlərinin bərabərləşdirilməsinə ehtiyac olduğunu deyib. “Əgər vətəndaşlar banklardan manatla və eyni zamanda daha aşağı faizlə kredit ala bilsələr, onun qaytarmasında problem yaradmayacaq. Bununla özəl banklar dövlətin manata etimadı artırması siyasətinə də dəstək vermiş olarlar”, - ekspert qeyd edib. Geri dön |