Ana Sayfa > Xəbər > Məşhur müğənni 40 illik adətinə bu il də sadiq qalıb
Məşhur müğənni 40 illik adətinə bu il də sadiq qalıb7-03-2016, 11:48. Yazar: admin |
Rusiyanın primadonnası Alla Puqaçova artıq 40 ildir ki , yazın gəlişi münasibətilə qonaqlıq verir. ANS PRESS-in məlumatına görə, Alla Puqaçova adətinə bu il də sadiq qalıb. İfaçı həmişə olduğu bütün dostlarını evinə qonaq çağırıb. Qonaqlar arasında müğənni Filipp Kirkorov, rəssam Boris Krasnov və ifaçı Aleksandr Buynov da yer alıb. Puqaçova yazın gəlişini “Sarı güllərin bayramı” adlandırır. Hər il olduğu kimi Alla Puqaçovanın dostları sənətçiyə hədiyyələr verib. İlk hədiyyəni ifaçının həyat yoldaşı Maksim Qalkin ilə övladları edib. A.Puqaçova “İnstaqram” səhifəsində hədiyyələrin şəkillərini çəkərək izləyiciləri ilə bölüşüb. Alla Puqaçova SSRİ Xalq artistidir. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb. Müğənni 5 dəfə evli olub. İfaçı sonuncu dəfə Maksim Qalkinlə ailə qurub. Cütlüyün əkiz övladı - qızı və oğlu var. Geri dön |