Ana Sayfa > Xəbər > Ukraynadakı həmyerlimizin 8 Mart hədiyyəsi “SUYA DÜŞDÜ”
Ukraynadakı həmyerlimizin 8 Mart hədiyyəsi “SUYA DÜŞDÜ”7-03-2016, 11:15. Yazar: admin |
|
Hafta.az-ın Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Ali Radanın sədr müavini Oksana Sıroidə "Coco Chanel" ətiri göndərib. Xanım millət vəkili də, hadisəni aktlaşdıraraq hədiyyəni Ali Rada aparatına təhvil verib və məsələni ictimailəşdirib. Ukrayna qanunvericiliyinə əsasən, dövlət nümayəndələri yaşayış minimumundan 2 dəfə çox qiymətə malik hədiyyələr qəbul edə bilməz. Verilən məlumatda Roman Nəsirovun ölkə qanunlarından xəbərsiz olduğunu nümayiş etdirməklə, həm də qaynağı naməlum hədiyyələr paylamaqla özünü pis vəziyyətdə qoyduğu bildirilir. Qeyd edək ki, hazırda Ukraynada hökumətin tərkibinin yenilənməsi ciddi müzakirə olunur. Qurulacaq yeni hökumətdə Nəsirovun yer alması gözlənilməsə də, bu hadisənin ona əlavə mənfi xal qazandıracağı da, ehtimallar arasında yer alır. Geri dön |