Ana Sayfa > Xəbər > "İlhamə Quliyeva demişdi ki, mirasımı Ruslana verəcəm"
"İlhamə Quliyeva demişdi ki, mirasımı Ruslana verəcəm"7-03-2016, 11:00. Yazar: admin |
|
Əməkdar artist Firuzə İbadova mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı xatirələrini bölüşüb. Axşam.az-ın məlumatına görə, müğənni mərhumun bütün var-dövlətini nəvəsi Ruslana vəsiyyət etdiyini bildirib: “Onunla sonuncu görüşümüzdə evində qonaq olmuşdum. Qəfildən dedi ki, “Ruslanım üçün burnumun ucu göynəyir. Nəyim var Ruslanımındır. Mən ölüb gedəcəm, olan mirasım uşağıma, nəvəmə qalacaq”. Dedim ki, zəng vur gəlsinlər yanına. Cavab verdi ki, "Yox, anası işdə olur, Orxan (oğlu Orxan Nadirov – red.) da öz iş-gücündə. Bazar günü gələrlər”. F.İbadova mərhumun planlarından da bəhs edib: “Hazırlaşırdı ki, Novruz bayramında Şəmkirə, əsgərləri ziyarətə getsin. Yeni mahnılar, duetlər yazdırmaq istəyirdi”. Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib. Geri dön |