Ana Sayfa > Xəbər > "Veysəloğlu"nun satış meneceri apellyasiya şikayəti verib
"Veysəloğlu"nun satış meneceri apellyasiya şikayəti verib7-03-2016, 09:39. Yazar: admin |
Mənimsəmədə təqsirləndirilən Nahid Axundov barəsindəki hökmdən apellyasiya şikayəti verib. “Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası martın 7-nə təyin edilib. İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, N.Axundov "Veysəloğlu" MMC-də satış meneceri olub. O, 12 min manat pulu mənimsəmədə təqsirli bilinib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan N.Axundov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Geri dön |