Ana Sayfa > Xəbər > Türkiyədə terror əməliyyatı- 20 ÖLÜ
Türkiyədə terror əməliyyatı- 20 ÖLÜ2-03-2016, 10:42. Yazar: admin |
Türkiyədə növbəti antiterror əməliyyatı həyata keçirilib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, geniş terror əməliyyatı ölkənin Diyarbəkir vilayətində baş tutub. Vilayətin Sur bölgəsində keçirilən antiterror əməliyyatı nəticəsində 20 terrorçu məhv edilib. Terrorçular PKK qruplaşması silahlıları Surdakı qərargah kimi istifadə etdikləri binadan atəş açmağa başlayıblar. Bunun qarşılığında isə hökumət qüvvələri terrorçulara topla cavab atəşi veriblər. Əməliyyat nəticəsində bina uçaraq dağılıb və dağıntılar altında qalan 20 terrorçu ölüb. PKK-nın 5 silahlısı isə təslim olub. Qeyd edək ki, Türkiyənin Diyabəkir vilayətinin Sur bölgəsində 2015-ci il dekabrın ayının 2-dən antiterror əməliyyatı başlanılıb. Geri dön |