Ana Sayfa > Xəbər > Bukmeyker kontorlarına pul qoyan baş məşqçi futboldan uzaqlaşdırılıb

Bukmeyker kontorlarına pul qoyan baş məşqçi futboldan uzaqlaşdırılıb


2-03-2016, 10:34. Yazar: admin
Bukmeyker kontorlarına pul qoyan baş məşqçi futboldan uzaqlaşdırılıb
Rumıniyanın "Astra" klubunun baş məşqçisi Maiurs Sumuditsa mərc oyunlarında iştirak etdiyi üçün 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.

"Report"un məlumatına görə, yerli futbol federasiyasının yaydığı açıqlamada M.Sumuditsanın ölkə çempionatı ilə yanaşı, Çempionlar Liqası və Avropa Liqası oyunlarına 500-900 avro pul qoyduğu bildirilib.

Federasiyanın İntizam Komitəsi 44 yaşlı baş məşqçini təxminən 23 min avro cərimələyib.
Qeyd edək ki, Rumıniya çempionatının çempionlar qrupunda yer alan komanda turnir cədvəlinə başçılıq edir. Aktivində 26 xal olan "Astra" ən yaxın izləyicisi "Pandurri"ni 2 xal qabaqlayır.

Geri dön